Tayvanda turist gəmisi təlim zamanı atəşə tutulub

181

Tayvan silahlı qüvvələri Yilan qraflığının sahilində artilleriya atəşi zamanı göyərtəsində 34 nəfərin olduğu mülki gəmini təsadüfən zədələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Tayvanın “Zhongshi Xinwenwan” portalı məlumat yayıb.

Bildirilib ki, 5 heyət üzvü və 29 turistin olduğu gəmi təsadüfən atəş zonasına daxil olub. Mərmilərdən biri gəmiyə dəyərək, onun zədələnməsinə səbəb olub. Gəmidə olanlardan heç kəs xəsarət almayıb.

Gəmi təxminən 40 dəqiqə naviqasiya üçün qapalı ərazidə olub və bu müddət ərzində aşkar edilməyib.

Tayvanın Müdafiə Nazirliyi hadisəni təsdiqləyib.