“Fitch”: “Abşeron” yatağının işə salınması SOCAR-ın biznes profilini yaxşılaşdıracaq”

409

“Abşeron” qaz-kondensat yatağı “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük neft-qaz yatağıdır və onun işə salınması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) biznes profilini yaxşılaşdıracaq.

“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

“SOCAR və Fransanın “TotalEnergies” şirkəti 2023-cü ilin iyul ayında “Abşeron” qaz-kondensat yatağında hasilata başlayıb. SOCAR 2023-cü ildə “Abşeron”da 1,8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz hasil edəcəyini proqnozlaşdırır”, – deyə “Fitch Ratings” bildirilib.

Qeyd edilib ki, Azərbaycanda əksər neft və qaz layihələri hasilatın pay bölgüsü sazişləri əsasında həyata keçirilir və bu müqavilələrdə SOCAR minoritar paya malikdir. Eyni zamanda SOCAR bu layihələrdə dövləti təmsil edir, neft və təbii qazın satışını həyata keçirir. Bundan əlavə, SOCAR dövlət tərəfindən dəstəklənən digər iri enerji layihələrində, o cümlədən Cənub Qaz Dəhlizi (SGC) kimi layihələrdə paya sahibdir.

“SOCAR-ın neft və qaz hasilatı 2022-ci ildə sutkada 284 min barel neft ekvivalenti səviyyəsində sabit olaraq qalıb. Bu, Azərbaycanın neft hasilatının % azalması və qaz hasilatının % artması fonunda baş verib. Bu vəziyyətin ciddi şəkildə dəyişəcəyini gözləmirik. Təbii qaz hasilatının artmasına əsaslanaraq, 2023-2025-ci illərdə SOCAR-ın hasilatının ildə 0,5 % artacağını düşünürük”, – hesabatda qeyd olunub.

Xatırladaq ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.