Azərbaycanda su nəqliyyat vasitələrinin sığortası bazarı – 18% BÖYÜYÜB

182

Azərbaycanda su nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar artıb.

Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 6 milyon 241 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 969 min manat və ya 18,4% çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 5 milyon 272 min manat təşkil edib.

Bundan başqa, bu növ sığorta üzrə ödənişlər 110 min manat həcmində olub.

2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə ödənişlər olmayıb

fed.az