bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı – ARTIB

357

2023-cü ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

FED.az bu barədə bp-nin Bakı ofisinin Biznes əməliyyatları hesabatına istinadən xəbər verir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

2022-ci ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2296 nəfər olmuşdu. 

2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olmuş və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.