“Hafnia” yüksək sürətli genişzolaqlı peyk internetə çıxışı təmin etmək üçün bütün tankerlərini “Starlink” rabitə sistemi ilə təchiz etmək niyyətindədir.
“Seanews.az” xəbər verir ki, 2022 və 2023-cü illərdə həyata keçirilən sınaq proqramları zamanı “Hafnia”nın 35 gəmisi Amerikanın “SpaceX” şirkətinin xidmətlərindən istifadə edə bildi. İndi isə şirkət 2023-cü ilin sonuna qədər bütün donanmanın “Starlink” peyk rabitə sistemi ilə təchiz edilməsini başa çatdırmaq niyyətindədir.
Bundan əvvəl Danimarkanın “A.P. Moller-Maersk” qrupu 2024-cü ilin birinci rübünə qədər 330 gəmisini “Starlink” xidmətləri ilə təchiz etmək üçün “SpaceX” ilə müqavilə bağlamışdı. Sonra “Hapag-Lloyd” və “MOL” xətti gəmiçilik şirkətləri planlarını açıqladılar. Sentyabrda “Anglo-Eastern” şirkəti idarə etdiyi donanmanın 100 gəmisini peyk rabitə sistemi ilə təchiz edib.
Sinqapurda yerləşən və 2013-cü ildə yaradılan “Hafnia” şirkəti bu gün neft və neft məhsulları tankerlərinin ən böyük gəmi sahibləri və operatorlarından birinə çevrilmişdir. “Hafnia” hazırda 198 gəmidən ibarət donanmanı idarə edir.