İsrail rəsmisi: Qəzzada yaralanan fələstinlilər gəmilərə köçürülə bilər

141

İsrailin blokada altındakı Qəzza zolağına intensiv bombardman etməsi nəticəsində yaralananlar Misir sərhədində qurulan səhra xəstəxanalarına və ya üçüncü ölkələrin dənizdə lövbər salacaq gəmilərinə köçürülə bilər.

Allmarinenews  TRTHaber-e istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.