Hörmətli dənizçilər, dostlar, sadə xeyirxah və mərhəmətli insanlar!
Azərbaycan vətəndaşı olan 4 dənizçinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə saxlanıldığı və ehtiyac içində qalan dənizçilərimızə yardım edək, bu yazını maksimum paylaşaq, dost-tanışa göndərək, xeyriyyə fondlarını bu işə cəlb edək. Dənizçilərimizin yardım etmək üçün səfərbər olaq.
Şirkət maaşları verməkdən imtina edir və bildirir ki : “Həbsdən azad olunandan və özləri şəxsən bizə müraciət edəndən sonra maaşları veriləcək”.
Aşağıda adları qeyd olunan dənizçilərimızə bu çətin günlərdə gəlin birlikdə dəstək olaq!
1.Kapitanın baş köməkçisi – Mazay Qurbanov Sarı oğlu
2.Matros – İlyas Eyvazov Elman oğlu
3.Motorçu- Elçin Nəcəfov Elşad oğlu
4.Aşbaz- Əbülfəz Həmidov Əyyub oğlu




Biz birlikdə güclüyük!
Paylaşaq, dənizçilərimizə, kömək edək, gündəlik şəxsi ehtiyaclari üçün xərcləri qarşilasınlar( dənizçilərimizın qoxumlarının verdiyi məlumata əsasən həftəlik 1 nəfər üçün min 100 $ ) və tezliklə evlərinə qayıtsınlar!
1. Milli Ön və E Manat ödəniş terminalları vasitəsi ilə (USD kart üçün ) (Azər Türk Bank) “ATB ”, “Karta mədaxil”, Kartin nömrəsi 5213675129379005 ,
2. Milli Ön və E Manat ödəniş terminalları vasitəsi ilə (AZN kart üçün ) (Azər Türk Bank) “ATB ”, “Karta mədaxil”, Kartin nömrəsi 5213675186720208,
Əziz dənizçilər gəlin həmkarlarımızın taleyinə biganə yanaşmayaq, onlara dəstək olaq. Bu hadisə hamımızın başına gələ bilərdi. Biz birlikdə güclüyük. İnanıram ki, tez bir müddətdə maddi vəsait toplanacaq və dənizçilərimiz həm vətənə dönəcəklər həmdə gündəlik şəxsi ehtiyaclari üçün xərcləri qarşilanar . Hər birinizə öncədən təşəkkürlər.
“Azərbaycan Dənizçilərinə Dəstək ” ictimai birliyi olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.
Unutmayaq ki, AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!
Xarici ölkələrdə çalışan hər bir azərbaycanlı ölkəmizin simasi onun güzgüsüdür. Məqsədimiz o güzgünü həmişə parlaq və təmiz saxlamaqdır.
Hörmətlə “Azərbaycan Dənizçilərinə Dəstək ” ictimai birliyinin sədri
İlham Rafiq oğlu Nəsirov
Tel.+994552264899
E-mail: info@adib.az
Web site: www.adib.az