“Optimax” layihəsinin daha az suya oturumlu gəmilərin Çində tikintisi planlaşdırılır

329

“RSD59” layihəli quru yük gəmiləri ilə müqayisədə “Optimax” layihəsinin daha az suya oturumlu gəmilərin Çində tikintisi planlaşdırılır. 

“Seanews.az” xəbər verir ki, bu barədə “Optimax” şirkətinin rəhbəri Arkadi Bıkovski bildirib.

Şirkətin hesablamalarına görə, Çində gəmilərin inşası Rusiya tərsanələrindəkindən iki dəfə ucuz başa gələcək. “Çində belə bir gəmi 1 milyard rubldan bir qədər çox, Rusiya tərsanələrində isə 2-2,5 milyard rubla başa gəlir. Biz yaxın vaxtlarda 20-yə yaxın gəminin tikintisi üçün müqavilə imzalamağı gözləyirik. İnvestisiya layihəsinin optimist inkişafı ilə ilk gəmilər 2025-ci ilin naviqasiya mövsümündə hazır olacaq. Hazırda “Ulyanovsk vilayətində istehsal” Ticarət Evi ilə 10 gəminin gələcək istismarı üçün uzunmüddətli müqavilə imzalanıb”, – deyə şirkət rəhbəri bildirib.

Onun sözlərinə görə, Niderland konstruktorlarının iştirakı ilə hazırlanmış “Optimax” layihəsinin qarışıq dəniz yük gəmisi əsas parametrlərə görə Rusiyanın RSD59 layihəsinə bənzəyir, lakin daha az suyaoturumla (3,6 metr) daha çox yükgötürmə qabiliyyətinə (5,8 min tona qədər) malikdir.