Kür çayına 200 minə yaxın balıq körpəsi buraxılıb

214

Balıq növlərinin bərpasına, populyasiyasının artımına dəstək vermək, balıq ehtiyatlarının mühafizəsinin zəruriliyini təşviq etmək və su bioresurslarının qorunması məqsədilə 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda Kür çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Kür çayının sahilində keçirilən tədbirdə 200 minə yaxın balıq körpəsi çaya buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.