Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Qurumun kollektivi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Agentliyin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov birliyimizin və milli iradəmizin rəmzinə çevrilən, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan şanlı qələbəni şərtləndirən amillərdən danışıb.
Tədbir Zəfər Gününə həsr olunan filmin nümayişi ilə yekunlaşıb.
Source:https://ddla.gov.az/