Əcnəbilər və robotlar Cənubi Koreya gəmiqayırma sənayesinin inkişafını sürətləndirirlər

205

Cənubi Koreyanın gəmiqayırma zavodlarında sifarişlərin aylıq yerinə yetirilməsi tempi keçən illə müqayisədə üçdə bir dəfə artıb.

“BusinessKorea” xəbər verir ki, artım hökumətin əcnəbilərin işə götürülməsi şərtlərini yüngülləşdirməsi ilə izah olunur.2023-cü ilin üçüncü rübündə Cənubi Koreya tərsanələrində orta aylıq gəmiqayırma həcmi 776 min qross ton (CGT) səviyyəsində qeydə alınıb. Bu, 2023-cü ilin ikinci rübü ilə müqayisədə (659 min CGT) 17,7% çoxdur. 2022-ci ilin üçüncü rübü üçün orta aylıq gəmiqayırma həcmi 570 min CGT idi, buna görə də 2023-cü ilin rüblük nəticələri keçən ilkini 36,1% üstələyir.Koreya Ticarət, Sənaye və Energetika Nazirliyinin və Ədliyyə Nazirliyinin məlumatına görə, gəmiqayırma sənayesi cari ilin birinci yarısında xarici ölkələrdən 11104 işçi cəlb edib ki, bu da 14 000-dən çox illik işçi çatışmazlığının təxminən 70%-ni təşkil edir.İşçi qüvvəsindən səmərəli istifadə sayəsində gəmiqayırma şirkətlərinin orta əməliyyat göstəricilərində də artım müşahidə olunur.2024-cü ildə hökumət ixtisassız əcnəbi işçilər üçün təlim proqramını demək olar ki, 8 dəfə – 4 min nəfərə qədər genişləndirməyi planlaşdırır.Nəşr Cənubi Koreyanın gəmiqayırma sənayesinin adının açıqlanmayan nümayəndəsindən sitat gətirib: “Xarici işçilərin inteqrasiyası ilə yanaşı, robot texnologiyasının inkişafı və ağıllı tərsanələrin yaradılması kimi amillər tərsanələrdə əmək probleminin həllində əsas rol oynayır.

seanews.az