“Kataliz İnstitutu SO RAN” Federal Tədqiqat Mərkəzinin Yeni Kimyəvi Texnologiyalar Mərkəzinin alimləri suyun səthindən nefti analoqlarından iki dəfə səmərəli şəkildə özünə çəkən karbon köpüyü materialı əldə ediblər. Neft emalı tullantıları material əldə etmək üçün xammal kimi istifadə edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun mətbuat xidməti məlumat yayıb.
Mərkəzin tədqiqatçıları neftin suyun səthindən effektiv şəkildə sovrulması üçün hüceyrə quruluşuna malik karbon materialı – karbon köpüyü əldə ediblər. Burada iş əmsalı mövcud sorbentlərdən ən azı iki dəfə yüksəkdir. Materialın üstünlüklərindən biri də neft emalı tullantılarının xammal kimi istifadə edilə bilinməsidir.
Karbon köpüyü propan-butan qarışığı əsasında yaradılıb, heç bir zərərverici olmayan saf karbondan ibarətdir. Tədqiqatlar göstərib ki, onun istehsalında xammal kimi ağır neft fraqmentləri, o cümlədən neft emalı tullantılarından istifadə edilə bilər. Gələcəkdə irihəcmli texniki tullantılardan təkrar istifadə etməklə sənaye miqyasında karbon köpüyü istehsal etmək olar.
Neft materialın böyük daxili həcmini doldurur, aşağı sıxlıq və hidrofobiklik bu cür karbon köpüyünün suyun səthində uzunmüddətli üzmə qabiliyyətini təmin edir.