Anakliya limanının 51 faizinin dövlətə məxsus olması şərti ilə tikintisinin bərpa olunması qərara alınıb.
““Seanews.az”” xəbər verir ki, bu barədə Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib. O qeyd edib ki, hazırda hüquqi proses gedir, o cümlədən tenderin şərtlərinin müəyyən edilməsi prosesi faktiki olaraq başa çatıb.
“Tenderdə də şərtlər və müddətlər tələb olunur. Tender mükəmməl rəqabət şəraitində formalaşmalıdır. Nəhayət, tenderin qalibi olan şirkətin müəyyən edilməsi və müqavilənin imzalanması üçün vaxt lazımdır”, – o, deyib.
İnvestisiya hissəsinə gəlincə, Levan Davitaşvilinin sözlərinə görə, burada da əvvəlcədən müəyyən edilmiş və ya qanunla müəyyən edilmiş heç bir müddət pozulmayıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin əvvəllər dediyi kimi, Gürcüstanda ilk dərin su limanının tikintisinə 2024-cü ilin mart-aprel aylarında başlanacaq. Hazırda 2024-cü ilin yanvarından gec olmayaraq müəyyən ediləcək investorun seçimi aktiv şəkildə aparılır.