Kolumbiya prezidenti “San Xose”nin dənizin dibindən çıxarılması barədə göstəriş verib

388

Kolumbiya prezidenti Qustavo Petro ispan kalyonu “San Xose”nin mümkün qədər tez Karib dənizinin dibindən çıxarılması barədə göstəriş verib.

“Seanews.az” xəbər verir ki, “San Xose”də qızıl, gümüş və zümrüdlərlə dolu sandıqlar var. Ekspertlərin fikrincə, xəzinələrin ümumi dəyəri 4-20 milyard dəyərindədir.

Qeyd edək ki, sözügedən gəmi 1708-ci ilin iyununda Britaniya gəmisi ilə döyüş zamanı batıb.