Avarçəkmənin kayak və kanoe növü üzrə məşqçilər üçün seminar keçirilir
Milli Olimpiya Komitəsi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe idman növləri üzrə çalışan məşqçi-muəllimlər üçün seminar təşkil olunub. Seminar Beynəlxalq Kanoe Federasiyasının eksperti Aleksandar Petroviçin iştirakı ilə müasir tələblərə cavab verən məşq prosesinin təşkili, yeni beynəlxalq yarış qaydalarının öyrənilməsi, təlim-tədris işinin düzgün təşkili və məşq proqramlarının tərtibində yeni yanaşma mövzuları üzrə keçirilir.
Sonda imtahandan uğurla keçən məşqçilərə sertifikat təqdim ediləcək. Seminar noyabrın 17-də başa çatacaq.
Source:https://www.facebook.com/www.akaf.az