Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq

254

Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə məsələ investorlarla razılaşdırılıb.

“Report” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb:

“Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işləri də aparmağa hazırıq”.

“Ələt Azad İqtisadi Zonası bütün təklifləri nəzərdən keçirməyə hazırdır, amma o investorlara üstünlük veriləcək ki, onlar ixrac əsaslı istehsalata diqqət yönəltsinlər və beynəlxalq ticarət xidmətləri, innovativ texnologiyalar tətbiq etsinlər. Onların istehsal etdiyi malların azı 75%-i ixrac edilməlidir. Bunun məqsədi kiçik müəssisələrin yerli bazara konsentrasiyasının qarşısını almaqdır”, – deyə V.Ələsgərov əlavə edib.