“Uzbekneftegaz” şirkətinin mütəxəssislərindən ibarət nümayəndə heyəti növbəti dəfə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində olub.
Təlim mərkəzinə səfər edən qonaqlara OPITO və IMCA standartlarının tələblərinə uyğun təşkil edilən kurslar barədə ətraflı məlumat verilib. “Uzbekneftegaz” şirkətinin mütəxəssisləri ixtisaslaşmış hovuz təlim kompleksində, xilasedici təlim bloklarında və yanğın təlim poliqonunda praktiki məşğələləri izləyiblər.



Source:https://www.facebook.com/socarttsi