Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) nüməyəndələri “Suraxanı” tanker-muzeyini ziyarət ediblər

463

SOCAR-AQŞ və Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) nüməyəndələri  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” tanker-muzeyini ziyarət ediblər.

Bələdçilər qonaqlara muzey haqqında məlumat veriblər. Ümumilikdə 10 zaldan ibarət tanker-muzeyi bir saatdan çox gəzmək imkanı əldə edən ziyarətçilər burada olan eksponatlar və innovativ yeniliklərlərlə tanış olublar.  Daha sonra onlar “Suraxanı” gəmi-muzeyinin yenilənmədən sonra ziyarətçilərin ixtiyarına verilən “Xəzərin Ruhu” zalında olublar və burada 360 dərəcəlik ekranda ən yeni tariximizin şanlı səhifəsi sayılan Vətən müharibəsi mövzusuna aid görüntüləri izləyiblər.Videoda həmçinin müharibənin başlanmasından Qələbə gününədək gedən döyüşlər, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar nümayiş olunur.Ermənistanın işğal dövründə tariximizə, mədəniyyətimizə, yaşayış məskənlərinə qarşı vandalizm faktları da videoda yer alıb. Ziyarətçilər ekranda işğaldan azad olunmuş ərazilərimizdə sürətlə davam edən quruculuq işlərini də izləyə bilərlər.360 dərəcəlik ekranda nümayiş edilən video-görüntülər Azərbaycan, rus və ingilis dilində mətnlə müşaiyət edilir.

seanews.az