“ONE” Türkiyə, Bolqarıstan və Rumıniya arasında yeni xidmətini işə salır

220

Konteyner daşıyıcısı “Ocean Network Express” (“ONE”) Türkiyədən yeni həftəlik Qara dəniz xidmətinə (“Black Sea Turkey Service”) başlayıb.

“ONE” şirkətinin mətbuat xidmətinin məlumatına görə, yükgöndərən müştərilərə Şərqi Aralıq dənizi regionunda dəniz yüklərinin çatdırılması və İstanbuldan (Türkiyə) Varna (Bolqarıstan) və Konstansa (Rumıniya) birbaşa əlaqəsi üzrə təkmilləşdirilmiş xidmətlər təklif olunacaq.

Gəminin “Black Sea Turkey Service” xidmətində həftəlik ilk səfəri İstanbuldan 30 yanvar 2024-cü il tarixinə planlaşdırılır.

Gəmi İstanbul – Varna – Konstansa – İstanbul ardıcıllığı ilə limanlara yan alacaq.

Qeyd edək ki, “Ocean Network Express Holdings, Ltd.” (“ONE”) 2017-ci ildə Yaponiyanın “Nippon Yusen Kaisha” (“NYK”), “Mitsui O.S.K. Lines” (“MOL”) və “K-Line” şirkətlərinin birgə müəssisəsi kimi yaradılıb.

Seanews.az”