Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı 16% böyüyüb

281

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 6 milyon 247 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 858 min manat və ya 15,9% çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 5 milyon 389 min manat təşkil edib.

Bu növ sığorta ödənişləri isə 110 min manat təşkil edib ki, bu da illik müqayisədə 376 min manat və ya 4,4 dəfə azalıb. 2022-ci ilin eyni dövründə  485 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik 1,8% olub. Bu da illik müqayisədə 7,3% azdır. Ötən ilin eyni dövründə zərərlilik 9% idi.