Bakı Limanı Bakı Ekspo Mərkəzində təşkil olunan SPECA sərgisində təmsil olunur

200

Bakı Limanı, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25 illiyinə və SPECA-ya üzv ölkələrin milli iqtisadiyyatlarına həsr olunan sərgidə iştirak edir. 22-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə etmək, üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Sərgidə iştirak edən qonaqlar Bakı Limanının strateji, tarixi və iqtisadi əhəmiyyəti, görülən işlər, infrastruktur layihələri barədə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən təsis edilən və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün xüsusi proqram olan SPECA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan daxildir.

Source:https://www.facebook.com/BakuSeaTradePort