“Suraxanı” gəmi-muzeyində gürcüstanlı rəssam Otar Çakvetadzenin iştirakı ilə master-klass təşkil olunub

266

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət körpüsü” layihəsinin ilk günü gürcüstanlı rəssam Otar Çakvetadzenin iştirakı ilə master-klass təşkil olunub.

“Suraxanı” gəmi-muzeyində baş tutan master-klass zamanı rəssam qonaqlara rəsm sənətinin incəliklərindən danışıb.

Master-klassda Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də iştirak ediblər.

Qeyd edək ki, 24 noyabr Otar Çakvetadzenin doğum günüdür. Bu münasibətlə ona gəmi-muzey adından hədiyyə təqdim olunub. Rəssam öz növbəsində doğum gününü Azərbaycanda qeyd etməyindən şad olduğunu bildirib, diqqətə görə təşəkkür edib.

seanews.az