Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Bakı Limanına səfər edib

192

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan 30 tələbəsi Bakı Limanına səfər edib. Tələbələrə Bakı Limanının region və ölkə iqtisadiyyatındakı rolu, infrastrukturu, logistik əhəmiyyəti, “Yaşıl Liman” statusu və karyera imkanları barədə məlumat verilib, sualları cavablandırılıb.

Səfər iştirakçıları Bakı Limanının terminallarını da gəzərək, yükaşırma texnikaları və logistik əməliyyatların icrası ilə tanış olublar.

Source:https://www.facebook.com/BakuSeaTradePort