Beynəlxalq Dəniz Təşkilatının (IMO) 33-cü Assambleyası keçiriləcək

162

Bu həftə Londonda Beynəlxalq Dəniz Təşkilatının (IMO) 33-cü Assambleyası keçiriləcək.

“Seanews.az” xəbər verir ki, ona təşkilatın 175 üzv ölkəsi və üç assosiativ üzv qatılacaq. Gündəlikdə Assambleyanın bir sıra vəzifəli şəxslərin seçilməsi və İMO-nun yeni baş katibinin namizədliyinin təsdiqi ilə yanaşı, təşkilatın işinin əsas aspektləri ilə bağlı qərarlar da qəbul ediləcək.

Təşkilatın hazırkı baş katibi Kitak Lim IMO-ya üzv ölkələrə xəbərdarlıq edib ki, 2024 və 2025-ci illər üçün planlaşdırılan büdcələr maksimum həddə çatacaq. 2024-cü il üçün təklif olunan büdcə 2023-cü ildən 5% çox – 51,2 milyon dollar olacaq.

“Masadakı məsələlər arasında IMO katibliyində ingilis dilinin üstünlük təşkil etməsi ilə bağlı artan tənqidi ifadə edən və bütün texniki sənədlərin BMT-nin bütün altı rəsmi dilinə tərcümə olunmasını tələb edən sərt qətnamə layihəsi də var. Bu layihə 22 üzv dövlət tərəfindən dəstəklənib”, – nəşr yazır.