“Kadriye Ana” gəmisi Mərmərə dənizində saya oturub

210

Türkiyə bayrağı altında üzən 80 metrlik “Kadriye Ana” gəmisi çərşənbə günü gecə saatlarında Zeytinburnu bölgəsi sahillərində qəza siqnalı göndərib. Tanker İstanbul yaxınlığındakı Mərmərə dənizində şiddətli fırtına zamanı saya oturub.

“Seanews.az” bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir.

Təcili yardım sayəsində gəmidə olan 12 dənizçi xilas edilib. Ekspertlər dənizdə neft məhsullarının sızmasının olub-olmamasını yoxlayırlar. Tanker 600 tona yaxın dizel yanacağı daşıyır.

Bundan əvvəl bildirilmişdi ki, son bir neçə gündə Türkiyə sahillərində pis hava şəraiti səbəbindən beş gəmi saya oturub.

Onu da xatırladaq ki, ötən gün pis hava şəraiti ilə əlaqədar Bosfor və Dardanel boğazları gəmilərin üzünə bağlanmışdı.

https://baku.tv/embed/109660

https://baku.tv/embed/109661

Mənbə: “Sputnik” Türkiye