Beynəlxalq Dəniz Təşkilatının illik mükafatlandırma mərasimi keçirilib

193

Beynəlxalq Dəniz Təşkilatının 2023-cü il üçün nəzərdə tutduğu illik mükafatlandırma mərasimi noyabr ayının 27-də  Londondakı baş qərargahında keçirilib.

Allmarinenews xəbər verir ki, mükafatlandırma mərasimi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən ictimaiyyətə açıq şəkildə keçirilib.

Bir qrup şəxs  müstəsna şücaətlərinə görə 2022 və 2023 il üçün Beynəlxalq Dəniz Mükafatına layiq görülüb.

2023-cü il mükafatlandırılmasında 18 üzv dövlət, bir assosiativ üzv və IMO ilə məsləhətçi statusunda olan üç qeyri-hökumət təşkilatından ümumilikdə 47 nominasiya qəbul edilib.

BDT-nin alt komitəsinin keçmiş sədri Anneliese Jost dəniz təhlükəsizliyinə verdiyi töhfəyə görə 2022 Beynəlxalq Dəniz Mükafatı ilə təltif edilib.

Dənizdə müstəsna cəsarətə görə 2023-cü il IMO Mükafatı isə ABŞ Sahil Mühafizəsinin əməkdaşı Kaleb Halle təqdim edilib. O , 2023-cü ilin yanvarında Legacy yedək gəmisinin yeddi nəfərlik heyətinin xilas edilməsi zamanı göstərdiyi görkəmli cəsarət, dözümlülük və qətiyyətə görə tanınıb . 

Beynəlxalq Dəniz Təşkilatının “Gender Bərabərliyi” mükafatı Despina Panayiotou Theodosiou-ya təqdim edilib.  Qeyd edək ki,  Qadınların Beynəlxalq Gəmiçilik və Ticarət Assosiasiyasının keçmiş prezidenti olmuş Despina Panayiotou Theodosiou  tarixdə ilk dəfə IMO-nun Gender Bərabərliyi Mükafatının laureatı seçilib.