İZİA: “Sənaye zonalarında fəaliyyət göstərən müəssisələr ekoloji standartlara cavab verir”

151

“İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bu gün Gülüstan sarayında keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvə Toplantısı 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır:

“Sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir”.

Nəzrin Vahid