Rusiya nefti daşıyan tanker on gündən çoxdur ki, Şri-Lanka ərazisində “var-gəl” edir

215

“NS Century” gəmisi Hindistanın Vadinar limanına gedirdi, lakin ona qarşı sanksiyalar tətbiq olunduqdan sonra dayanıb.

Gəmi izləmə mənbələrinə görə, “NS Century” oktyabrın sonunda Cənubi Koreya limanını yüksək dərəcəli “Sokol” markalı Rusiya nefti ilə tərk edib. Noyabrın ortalarında o və daha iki tanker sanksiyalar siyahısına daxil edilib. “Lenta.ru” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Potensial müştərilər yükün taleyi ilə bağlı şərh verməkdən imtina ediblər. Öz növbəsində, Hindistanın Gəmiçilik Baş İdarəsi keçən həftə bildirib ki, gəminin boşaldılmasına icazə məsələsi hökumət tərəfindən həll olunacaq.

“Seanews.az”