300 min kvadratmetr sahədə logistika parkı salınacaq

267

Süveyş Kanalı Xüsusi İqtisadi Zonasının Sohna limanı ərazisində “DP World-Sohna” logistika parkının təməlqoyma mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, mərasimdə Süveyş Kanalı Xüsusi İqtisadi Zonasının baş idarəsinin sədri Valeyd Qamal Əl-Dien, Süveyşin qubernatoru, general-mayor Abdel Məcid Sakr və “DP World Group”-un regional direktoru Urs Moll iştirak ediblər.

 “DP World-Sohna” logistika parkı təxminən 300 min kvadratmetr sahədə yerləşəcək. Ümumi dəyəri 80 milyon ABŞ dolları olan layihənin həyata keçirilməsi 600 iş yerinin yaradılmasına imkan verəcək. Layihənin məqsədi sərmayədarlara və müştərilərə Misir və qonşu bazarlarda logistika, kommersiya və distribüterlik fəaliyyəti sahəsində xidmətlər göstərməkdir. Tikinti layihəsinin birinci mərhələsinin 2024-cü ilin sonuna qədər başa çatdırılması və istismara verilməsi nəzərdə tutulur.