Arsenio Dominguez Velasconun IMO-nun növbəti baş katibi vəzifəsi təsdiqlənib

196

IMO Assambleyası 2024-cü il yanvarın 1-dən etibarən cənab Dominqes Velaskonun Baş Katib təyin edilməsi haqqında Şuranın qərarını təsdiq edib.

Allmarinenews xəbər verir ki, IMO Assambleyası noiyabrın 30-u şuranın 129-cu sessiyasında  onun bu vəzifəyə təyin edilməsi barədə qərarını yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, Dominqes Velasko 31 dekabr 2027-ci ildə başa çatacaq dörd illik  Baş Katib vəzifəsinin icrasına başlayacaq. O, Təşkilatın 10-cu seçilmiş Baş Katibidir.