Yunanıstanın gəmiçilik şirkətləri neft və LNG daşımaq üçün yeni tankerlər alırlar

270

Yunanıstanın “Sea Pioneer”, “Dynacom” və “Evalend Shipping” gəmiçilik şirkətləri həm neft, həm də mayeləşdirilmiş təbii qaz daşımaq üçün yeni tankerlər alırlar.

“Seanews.az” xəbər verir ki, “Sea Pioneer” Cənubi Koreyanın “K Shipbuilding” şirkətinə 4 neft tankerinin tikintisini sifariş verib. Bu gəmilərdən ikisi 50 min ton yükgötürmə qabiliyyətinə malikdir.

“Dynacom” gəmiçilik şirkəti Çindəki “DSIC”-dən 115 min ton yükgötürmə qabiliyyətinə malik 4 tanker üçün seçim edib. Gəmilər buzqıran sinfinə aiddir və skrubberlərlə təchiz olunacaq. Hər birinin dəyəri 62 milyon dollar təşkil edəcək bu gəmilər 2025-2026-cı illərdə istismara hazır olacaq. Şirkət həmçinin Çinin “Dalian Shipbuilding” zavoduna Beynəlxalq Dəniz Təşkilatının Enerji Effektivliyi İndeksinin III Fazasına uyğun gələn iki VLCC gəmisi sifariş edib.

LNG tankerlərinə gəlincə, bu tip gəmi Yunanıstanın “Evalend Shipping” şirkəti tərəfindən sifariş edilib. Şirkət Cənubi Koreyadakı “Hyundai HI”-dan 174 min kubmetr LNG tutumu olan 2 yeni gəmi almaq istəyir. Hər gəminin dəyəri 262,7 milyon dollardır. “Neft Capital”-ln məlumatına görə, gəmilər 2028-ci ilə qədər hazır olmalıdır.