Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 8 il ötür

835

Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 8 il ötür

2015-ci ilin dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş verən dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb.

Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

Günəşli platformasında baş verən qəza nəticəsində həlak olanlara Allah rəhmət eləsin.