Londonda keçirilən BMT Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 33-cü sessiyasının iştirakçıları ÇXR-in dəniz idarəçiliyində rolunu qeyd ediblər.
“Seanews.az” xəbər verir ki, səsvermənin nəticələrinə görə, Çin yenidən 18-ci dəfə təşkilatın Şurasına seçilib.
“İqlim dəyişikliyi məsələlərinə gəldikdə, Çin Beynəlxalq Dəniz Təşkilatının dekarbonizasiya sahəsində inkişafı və nailiyyətlərinə böyük töhfə verib. Buna görə də Çininin dəstəyi və töhfəsindən çox məmnunam”, – deyə Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim bildirib.
Bu təşkilata 175 dövlət daxildir. Şurada onların 40-ı var. Bunlar əsasən beynəlxalq daşıma xidmətləri göstərməkdə maraqlı olan ölkələrdir. Çin Yaponiya, Cənubi Koreya, İtaliya, Yunanıstan, Panama, Liberiya, Norveç, Böyük Britaniya və ABŞ ilə birlikdə “A” kateqoriyası üzrə Şuranın üzvü olub.