Finlandiya limanlarının konteyner dövriyyəsi azalıb

233

2023-cü ilin 10 ayı ərzində bütün Finlandiya limanlarının ümumi konteyner dövriyyəsi tranzit daxil olmaqla, təxminən 1,2 milyon TEU təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,8% azdır.

“Seanews.az” xəbər verir ki, konteyner ixracı da 1,2% azalaraq 585,5 min TEU-ya, konteyner idxalı isə 7,7% azalaraq 554,3 min TEU-ya düşüb. Tranzit 24,7% azalaraq 64,8 min TEU olub.

Finlandiya Statistika idarəsinin məlumatına görə, ölkənim konteyner limanları arasında lider olan Hamina Kotka 2023-cü ilin ilk 10 ayında (tranzit istisna olmaqla) 500,3 min TEU-dan çox yük aşırıb ki, bu da bir il əvvəlkindən 2,3% azdır.

Hesabat dövründə Helsinki körpülərindən bir il əvvəllə müqayisədə 6,2% az konteyner keçib – onların həcmi 373,9 min TEU təşkil edib. Rauma keçən ilin yanvar-oktyabr ayları səviyyəsində konteyner işləmə həcmini saxlayıb, 170,3 min TEU yük aşırıb.

Hanko vasitəsilə konteyner dövriyyəsi 2023-cü ilin 10 ayının sonunda 22,6% azalaraq 47,9 min TEU olub. Oulu 19,9 min TEU işləyib ki, bu, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14,8% azdır.

Konteyner dövriyyəsində mənfi dinamika Tornioda – 6,1% (10,2 min TEU-ya qədər), Uusikapunkidə – 71,4% (446 TEU-a qədər), Pietarsaari – 87,4% (111 TEU-ya qədər) və Poridə – 73,5% (104 TEU-ya qədər) qeydə alınıb. Raahe limanında konteyner aşırılması keçən ilin 10 ayı ilə müqayisədə 73,5% azalaraq 126 TEU təşkil edib.

Eyni zamanda, 2023-cü ilin 10 ayının yekunlarına əsasən, Kemi limanı konteyner aşırmalarını əhəmiyyətli dərəcədə – 92,6%, 4 min TEU-dan çox artırıb.

Konteyner dövriyyəsi Kokkolada – 17,9% (9,9 min TEU-ya qədər) və Turkuda – 12,1% (2,5 min TEU-ya qədər) artıb. Qalan Finlandiya limanlarında bu ilin yanvar-oktyabr aylarında konteynerlər işlənməyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Finlandiyanın bütün limanlarının ümumi konteyner dövriyyəsi (tranzit istisna olmaqla) əvvəlki ayın səviyyəsində qalıb və 115,5 min TEU təşkil edib. Ötən ilin oktyabr ayı ilə müqayisədə Finlandiyada konteyner dövriyyəsi 10,2% azalıb.