18 böyük konteyner gəmisindən birincisi istismara hazırdır

474

“A.P. Moller – Maersk” metanolla işləyən 18 böyük konteyner gəmisindən birincisini istismara qəbul etməyə hazırlaşır. Bu, dünyada metanolla işləyə bilən ikinci konteyner gəmisidir. Birinci, “Laura Maersk” də “Maersk”-ə məxsusdur.

Cənubi Koreyadakı “Hyundai Heavy Industries” tərsanəsində inşa edilən yeni gəminin tutumu 16 min TEU-dur. O, həm ənənəvi bunker yanacağı, həm də metanol və biodizeldən istifadə etməyə imkan verən mühərriklə təchiz edilib.

“SeaNews”-in məlumatına görə, gəminin adlandırılması mərasimi 2024-cü il yanvarın sonunda gəmiqayırma zavodunda keçiriləcək. 9 fevral 2024-cü il tarixindən etibarən konteyner gəmisi AE7 xidmətində Asiya – Avropa ticarətində fəaliyyətə başlayacaq (Gəmilər Ninbo – Şanxay – Nanşa – Yantyan – Tanjunq Pelepas – Kolombo – Tanjer – Felixstou – Hamburq – Antverpen – London Gatevau – Havre – Tanjer – Ciddə – Abu Dabi – Cebel Əli ardıcıllığı ilə limanlara yan alacaq).

Bu tip növbəti iki gəmi 2024-cü ilin birinci yarısında istifadəyə veriləcək və onların adlandırılması mərasiminin Yokohama və Los-Ancelesdə keçirilməsi planlaşdırılır. “Maersk” 2024-cü ilin ikinci yarısında seriyadan daha dörd konteyner gəmisini təhvil almalıdır.

Hazırda “Maersk”-in sifariş kitabında 24 konteyner gəmisi var – tutumu 16 min TEU olan 12 gəmi, altısı 17 min ton və altısı 9 min ton olan 12 gəmi. Onların hamısı metanolla işləyən mühərriklərlə təchiz olunub.

2021-ci ildən “Maersk” yalnız yaşıl bunkerlərlə işləyən gəmilərin inşası siyasətini qəbul edib.

“Seanews.az”