“Əlif Hacıyev” elmi-təqdiqat gəmisi təmir ediləcək

518

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinə məxsus “Əlif Hacıyev” elmi-təqdiqat gəmisində tərsanə təmiri işləri aparılacaq.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, idarə artıq bununla bağlı hazırlıqlara başlayıb. Təmir işlərinin 10 gün ərzində “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Əlif Hacıyev” gəmisi 1987-ci ildə Finlandiyanın Turku şəhərində istehsal olunaraq Azərbaycana gətirilib. Hidrometeoroloji, hidroloji və okeanoloji tədqiqatların aparılması üçün təchiz olunan gəmi Xəzər dənizinin ekoloji vəziyyətinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynayıb.