İranın ən böyük limanının inkişafına 700 milyon dollar sərmayə qoyulacaq

304

İranın ən böyük və ən yaxşı təchizatlı konteyner limanı olan Şəhid Rəcai limanının inkişafına 350 trilyon rial (təxminən 700 milyon ABŞ dolları) investisiyanın cəlb edilməsi planlaşdırılır.

İran.ru xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin Limanlar və Dəniz Gəmiçiliyi Departamentinin baş direktoru Hüseyn Abbas-Nejad bildirib.

Rəsmi şəxsin sözlərinə görə, bu həcmdə investisiyanın cəlb edilməsi üçün müqavilə İranın cari təqvim ayının sonuna (21 dekabr) imzalanacaq.

Hwseyn Abbas-Nejad həmçinin bildirib ki, Şəhid Rəcai limanının konteyner tutumu hazırda təxminən 6 milyon TEU-dur və limanın inkişafının üçüncü mərhələsinin başa çatması ilə bu rəqəm 8 milyon TEU-ya yüksələcək.

İran limanlarındakı ümumi yükləmə-boşaltma həcminin 85%-i Şəhid Rəcai limanının payına düşür.

“Seanews.az”