Azərbaycan Metrologiya İnstitutunda Dövlət Dəniz Akademiyasının tələbələri ilə görüş keçirilib

266

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə görüş keçirilib.

Görüş zamanı tələbələr üçün İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalara məlumat turu təşkil edilib.

Tur çərçivəsində ölkəmizdə yeni sənaye sahələrinin yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi və keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində ölçmələrin dəqiqliyinin əhəmiyyətindən söz açılıb.

Daha sonra ziyarətçilər ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyalarına baxış keçiriblər, dövlət kəmiyyət vahidi etalonları, onların saxlanılma qaydaları və kəmiyyət vahidlərinin ötürülməsi barədə məlumatlandırılıblar. Həmçinin tələbələrin avtomatlaşdırılmış ölçmələrdə iştirakı təmin olunub və onları sahə üzrə maraqlandıran suallar cavablandırılıb.

adda.edu.az