Çin limanlarının konteyner dövriyyəsi 257 milyon TEU-ya çatıb

193

2023-cü ilin yanvar-oktyabr aylarında Çin limanlarının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artaraq 257 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, “Ningbo Zhoushan” liman qrupunun hesabatında belə deyilir.

Ninbo Konteyner Yük İndeksi noyabr ayında orta hesabla 706,6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8,8% çoxdur. Noyabr ayında Asiya və Şimali Amerika arasında xidmətlərə tələb və təklif balanssızlığı yaranıb.

Milad və Yeni il bayramları öncəsi yükdaşımaların başa çatdığı, konteyner daşımaları bazarının yenidən mövsümdənkənar dövrə daxil olduğu qeyd edilir. Noyabr ayında Ninbo limanından Los-Anceles, Nyu-York və Nyu-Cersi limanlarına 40 futluq ümumi təyinatlı konteyner (40GP) üçün orta dəniz yükdaşıma tarifi oktyabr ilə müqayisədə $1,768 (2%) və $2,338 (6,6%) təşkil etmişdir.

2023-cü ilin yanvar-oktyabr aylarında Çin limanlarının (dəniz və çay) ümumi yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5% artaraq 14 milyard tona, o cümlədən dəniz limanlarının yük dövriyyəsi 9,01 milyard tona (+7,3%) çatıb. Oktyabrda Çin limanlarının ümumi yük dövriyyəsi 8,1% artaraq 1,49 milyard ton, o cümlədən dəniz limanları 9% artaraq 419,7 milyon ton olub.