SOCAR Downstream Management
Sahə operatoru (əmtəə və texnoloji qurğu operatoru)
Son tarix 12 yan 2024 recruitment@socardownstream.az
Vəzifənin məqsədi:
Sahə operatoru (əmtəə sahəsi/Texnoloji qurğuları) cavabdeh olduğu qurgunun, çənlərin və avadanlıqların təhlükəsiz, ekoloji cəhətdən təmiz və səmərəli bir şəkildə işləməsini təmin etmək. Reqlamentdəki qaydalara, bundan əlavə verilən yazılı və şifahi təlimatlara, şirkət standartlarına, SƏTƏM qaydalarına və vəzifə təlimatlarına uyğun olaraq işləmək. Mövcud qanunvericiliyin və daxili qaydaların, standartların və təlimatların tələblərini yerinə yetirmək.
Vəzifə öhdəlikləri:
- Texnoloji qurğunun/çənlərin və avadanlıqların işə salınması zamanı reqlamentə uyğun olaraq işləri yerinə yetirmək;
- Qurğunun/çənlərin və avadanlıqların təmirə / işə buraxılması üçün hazırlanması, işə buraxılması və normal istismarına nəzarət etmək;
- Cavabdeh olduğu sahənin aparat və avadanlıqların işinə vizual olaraq mütəmadi nəzarət etmək;
- Cavabdeh olduğu sahənin çənlər, boru xətləri və boru elementləri- fləns, dirsək, siyirtmə, nəzarət ölçü klapanları, nasoslar, kompensatorlar və s. işinə nəzarət etmək;
- Növbəni təhvil və təslim etmək;
- Qurğudan/Çənlərdən xam mal, məhsul, su və s. nümunələri almaq;
- Cavabdeh olduğu sahədə xam mal, məhsul, koks, kükürd və s. tanker, vagon və sisternlerin doldurma, boşaltma əməliyyatlarını həyata keçirmək, nəzarət etmək;
- Məsul olduğu sahədə qəza halları, bədbəxt və yanğın hadisələri baş verərsə vaxtında rəhbərinə məlumat vermək və qəza halların aradan qaldırılmasında iştirak etmək;
- İş yerlərini təmiz, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmaq, müəssisə daxili intizam qaydalarına riayət etmək, görülən işləri keyfiyyətlə yerinə yetirmək;
- Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək
- Rəhbərlikdən gələn digər tapşırıq və göstərişlərin yerinə yetirmək.
Müvəffəqiyyətli namizəd olmaq üçün sizdən tələb olunur:
- Minimum peşə məktəbi məzunu olmaq
İş yeri : Heydər Əliyev adına Neft Emalı Zavodu
Müraciət üçün:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Sahə operatoru (əmtəə və texnoloji qurğu operatoru)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 23.12.2023
İstehsalat üzrə mühəndis
Son tarix 25 dek 2023 recruitment@socardownstream.az
Vəzifənin məqsədi:
Qurğunun SƏTƏM standartlarına uyğun olaraq normal işlədilməsinə nəzarət edir. Qurğunun istismara verilməsi, dayandırılması və təcili müdaxiləsi zamanı texniki və inzibati rəhbər tərəfindən təyin edilən təlimatlar əsasında iştirak edir. Gündəlik təmir planı çərçivəsində lazımi hazırlıqların aparılmasına nəzarət edir, müvafiq prosesləri izləyir və problemlərin aradan qaldırılması üçün həll yolları təklif edir. İstehsalat təlimatları, prosedurları, təlimat kitabçası və digər sənədləri mütəmadi olaraq nəzərdən keçirir, lazımi düzəlişləri təklif edir və mövzu ilə bağlı lazımi təlimlərin aparılmasını təmin edir.
Vəzifə öhdəlikləri:
- Məsul olduğu qurğunun performans meyarlarına uyğun olaraq istehsalını təmin etməsinə nəzarət etmək;
- Qurğunun istismara verilməsi ve sonrasındakı proseslə əlaqədar texniki sənədləri araşdıraraq məsuliyyət sahəsi daxilində olan proseslərin bu texniki sənədlər əsasında tətbiq olunmasını təmin etmək;
- Məsuliyyət sahəsi daxilində iş sağlamlığı, təhlükəsizliyi və ətraf mühit üçün risk yaradan vəziyyətləri müəyyənləşdirmək və onlarla əlaqəli düzəldici və ya qabaqlayıcı tədbirlərə başlamaq üçün müvafiq prosedurları həyata keçirmək;
- Növbə qeydləri, növbə dəftəri və s. sənədlərin nizamlı və tam şəkildə doldurulmasına nəzarət etmək; Bu formalardakı məlumatlara uyğun olaraq edilməsi lazım olan bir düzəldici və ya profilaktik hərəkət varsa təklif etmək;
- Planlaşdırılan təmir, yeniləmələr, kok təmizlənməsi, katalizatorun boşaldılması və yüklənməsi kimi fəaliyyətləri yaxından izləmək;
- Məsul olduğu qurğunun istehsal KPI-larına nəzarət etmək və həyata keçiriləcək optimallaşdırma işlərinə qatılaraq proseslərin mükəmməlliyinə töhfə vermək;
- İstehsalat Müdirliyi və ya digər əlaqəli bölmələr tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək; “Kök səbəb”, “xəta tapma” və s. İşlərə və məsul olduğu qurğu üçün başladılan işlər (RBI, Varlıq rəhbərliyi və s.) ilə istehsalat mükəmməlliyi fəaliyyətlərinə qatılmaq;
- Lazımı xüsusi hallarda On-Call vəzifəsini və məsuliyətini standartlara və prosedurlara uyğun olaraq yerinə yetirmək;
- Vəzifə sahəsi ilə bağlı böyük mühəndis və aparıcı mühəndis tərəfindən ona verilən vəzifələrin yerinə yetirmək;
- Şirkətin siyasətinə, missiyasına, baxışına, korporativ dəyərlərinə, hüquqi və digər tələblərinə, habelə şirkətin etik qaydalarına, siyasətinə, prosedurlarına, təlimatlarına, strategiyalarına və hədəflərinə uyğun hərəkət etmək; Müvafiq qaydaların, siyasətlərin və digər tələblərin onunla əlaqəli vəzifələrdə olan işçilər tərəfindən qəbul edilməsini və yayılmasını təmin etmək; Şirkət daxilində bu məsələlərin pozulması hallarına rast gəlindiyi təqdirdə müvafiq bölmələrə məlumat vermək;
- Sahəsi ilə əlaqəli məlumat və sənədlərin düzgünlüyünü yoxlamaq;
Tələblər:
- Kimya mühəndisliyi üzrə ali təhsil;
- İngilis dilində mükəmmət ünsiyyət, yazı və oxuma qabiliyyətinə malik olmalı;
- Texniki sənəd üçün məlumatların oxunması (Texnoloji sxem, Məntiq Diaqramı, Avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı və s.);
- Məsul olacaq qurğu haqqında texniki bilik;
- Təcili vəziyətlərdə müdaxilə təcrübəsi;
- Sadə mühəndislik hesablamaları bilikləri;
- Kimyəvi maddə və kataliz seçimi;
- Problem həll etmə.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “İstehsalat üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 24.12.2023
İstehsalat üzrə mühəndis (əmtəə sahəsi)
Son tarix 12 yan 2024 recruitment@socardownstream.az
Vəzifənin məqsədi:
Qurğunun SƏTƏM standartlarına uyğun olaraq normal işlədilməsinə nəzarət edir. Qurğunun istismara verilməsi, dayandırılması və təcili müdaxiləsi zamanı texniki və inzibati rəhbər tərəfindən təyin edilən təlimatlar əsasında iştirak edir. Gündəlik təmir planı çərçivəsində lazımi hazırlıqların aparılmasına nəzarət edir, müvafiq prosesləri izləyir və problemlərin aradan qaldırılması üçün həll yolları təklif edir. İstehsalat təlimatları, prosedurları, təlimat kitabçası və digər sənədləri mütəmadi olaraq nəzərdən keçirir, lazımi düzəlişləri təklif edir və mövzu ilə bağlı lazımi təlimlərin aparılmasını təmin edir.
Vəzifə öhdəlikləri:
- İş Sağlamlığı, Təhlükəsizliyi və Ətraf Mühit Mədəniyyətinə uyğun davranmaq, əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə üst mövqedə olan şəxsə və səlahiyyətli işçilərə SƏTƏM haqqında məlumat vermək;
- Sahənin işçiləri tərəfindən əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmasını, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət olunmasını təşkil və təmin etmək;
- Çən və avadanlıqların istismara verilməsi ve sonrasındakı proseslə əlaqədar texniki sənədləri araşdıraraq məsuliyyət sahəsi daxilində olan proseslərin bu texniki sənədlər əsasında tətbiq olunmasını təmin etmək;
- Sahələri texnoloji reqlamentlər, lazımi işçi təlimatları, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatları və digər lazımı sənədlərlə təmin etmək, onlara əməl olunmasını təşkil etmək;
- Əmtəə məhsulları və komponentlərin keyfiyyətinin analizi üçün sifariş vermək, nümunələrin göndərilməsinə nəzarət etmək, yaranmış problemlər haqda rəhbərliyə vaxtında məlumat vermək;
- Əmtəə parkının əsas istehsal obyekləri ilə dəqiqləşdirmə və razılaşdırma işlərini yerinə yetirərək neft və neft məhsullarını uyğun çənlər üzrə qəbuluna, saxlanılmasına, sudan təmizlənməsinə, nümunələrin labaratoriyaya vaxtlı-vaxtında göndərilməsinə və məhsulların itkisiz göndərilməsinə/yüklənməsinə nəzarət etmək;
- Dəmiryol sisternlərin doldurulması üçün lazım olan vasitələrin (şlanq, siyirtmə və s.), kanalizasiya sisteminin, komunikasiya xidmətlərinin daim saz olmasına nəzarət etmək;
- Yeni texnikanın və avadanlıqların vaxtında mənimsənilməsi və texnologiyanın təkmilləşdirilməsi üzrə təşkilati-texniki tədbirlərin işlənməsində iştirak etmək;
- Neft və neft məhsullarının qəbulunu təşkil etmək, onların keyfiyyətlərinin mövcud standartlar və texniki şərtlərin tələblərinə müvafiq olmasına nəzarət etmək;
- Məsul olduğu sahədə yeni texnika və texnologiyanın tətbiqində, habelə görülən işlərin keyfiyyətinin və əmək məhsuldarlığının artırılmasına dair tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak etmək;
- Sahənin fəaliyyəti üçün lazım olan mal-materiallar, ehtiyat hissələri, köməkçi materiallar alınmasını, işçilərin xüsusi geyimlərlə və fərdi mühavizə vasitələri və s. ilə təmin olunmasını təşkil etmək;
- Avadanlıq və aparatların düzgün texniki istismarını təmin etmək;
- Qəbul edilən və ötürülən (göndərilən) neft və neft məhsulların dəqiq uçotunu təşkil etmək, hesabatların vaxtlı-vaxtında düzgün aparılmasını təmin etmək;
- Məsul olduğu sahədə cihaz və avadanlıqların təmiri üçün qüsur cədvəllərini hazırlamaq, aparılan təmir işlərinin icrasına nəzarət etmək;
- Zavod rəhbərliyi tərəfindən təşkil edilən yoxlamalarda iştirak etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
- İstehsalat Müdirliyi və ya digər əlaqəli bölmələr tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək, “kök səbəb”, “xəta tapma” və s. işlərə və məsul olduğu sahə üçün başladılan işlər (RBI, Varlıq rəhbərliyi və s.) ilə istehsalat mükəmməlliyi fəaliyyətlərinə qatılmaq;
- Lazımi xüsusi hallarda On-Call vəzifəsini və məsuliyətini standartlara və prosedurlara uyğun olaraq yerinə yetirmək;
- Vəzifə sahəsi ilə bağlı böyük mühəndis və aparıcı mühəndis tərəfindən ona verilən vəzifələrin yerinə yetirmək.
Tələblər:
- Kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və ya mexanika mühəndisliyi üzrə ali təhsil;
- İngilis dilində mükəmmət ünsiyyət, yazı və oxuma qabiliyyətinə malik olmalı;
- Texniki sənəd üçün məlumatların oxunması (Texnoloji sxem, Məntiq Diaqramı, Avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı və s.);
- Məsul olacaq qurğu haqqında texniki bilik;
- Sadə mühəndislik hesablamaları bilikləri;
- Analitik düşüncə;
- Etik davranış;
- Öyrənmə ve inkişaf;
- Məsulliyyət götürmə;
- Problem həll etmə.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “İstehsalat üzrə mühəndis (əmtəə sahəsi)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 24.12.2023
Lead Process Engineer
Son tarix 19 dek 2023 recruitment@socardownstream.az
Summary:
To carry out the necessary monitoring, analysis and examinations and develop improvement suggestions in order to ensure the continuity and efficiency of activities and to solve problems in the process units, auxiliary units and utility units in which he/she is assigned.
Responsibilities:
- To perform On-Call duties and responsibilities;
- To carry out duties in his/her field of expertise as assigned by the senior engineer;
- To act in accordance with the corporate policy, mission, vision, values, legal and other requirements, as well as the company`s ethical rules, policies, procedures, guidelines, strategies, and goals; to make sure that Relevant rules, policies and other requirements are adopted and disseminated by employees in related positions; to inform the relevant departments in case of internal violations;
- Networks with subject matter experts in other facilities to leverage shared expertise;
- Works in collaboration with specialists and engineers of other disciplines;
- Provide support to and carry out reliability and hazard analysis studies to improve plant safety, reliability, and economics;
- Provide technical recommendations and engineering support, attend, and prepare reports during planned unit turnarounds of main process and auxiliary units. This work include work at heights and confined space entry;
- To monitor Catalysis, adsorbent, resin, chemical consumption and their performance and initiate the process to obtain the required amount when necessary;
- Conduct test runs to optimize process variables and evaluate plant performance;
- Help identify gaps between current performance and best-in-class and recommend opportunities for improvement;
- Performing daily troubleshooting and process optimization for key refinery unit operations;
- Provide process troubleshooting support, make technical recommendations, answer technical inquiries, improve process engineering tools, and develop process procedure;
- Defining process key performance indicators;
- Conducting process training;
- Preparing engineering requests, duty specification, scope of work, bidder evaluation.
Requirements:
- Bachelor’s Degree in Chemical Engineering;
- Minimum 5 years experience in Refinery and Petrochemistry industry;
- Experience in Hydrotreatment, Thermal/Catalytic Cracking, Crude oil distillation, Merox, Sulfur Recovery units and Utility services;
- Simulation knowledge (HYSYS);
- Understanding of technical documents (Process Flow diagrams, Process and instrumentation diagrams, Cause and Effect diagrams, equipment/instruments process datasheets, logic diagrams, equipment mechanical drawings)
- Engineering calculation skills;
- Knowledge of chemicals and catalysts;
- Knowledge of refinery processes;
- Fluent English and Azerbaijani language skills;
- Microsoft Office knowledge;
- Communication and presentation skills.
Application Instruction:
Kindly submit your CV and indicate the position you are applying for in the Subject line. All applications for the advertised post will be assessed and given equal opportunities.
Application closing date: 18.12.2023
Production Planning Engineer (LP Planning)
Son tarix 18 dek 2023 recruitment@socardownstream.az
Summary:
Develop, set, track and adjust production plans for different time frames to ensure consistent, predictable and optimal production, and supply activities.
Responsibilities:
- Planning and Optimization function is responsible for proper planning and cross-sector LP optimization. This includes preparations/updating/optimization of long- / mid- / short-term production plans, preparation of back-casting analysis (plan/fact factor analysis), identification and implementation of improvement opportunities, and planning LP model development/updating;
Key tasks/responsibilities:
- Prepare scenarios of long-term, mid-term and short-term production plans;
- Carrying out of back-casting analysis;
- Carrying out of re-planning activities;
- Identification of optimization initiatives to improve plants economics.
Requirements:
- Bachelor Degree in Engineering discipline (chemical engineering is preferable);
- Experience in refining business is preferable;
- Knowledge/understanding of refinery and petrochemical processes;
- Knowledge/understanding of petroleum economics/market supply and demand;
- Knowledge of LP Modelling practices (simplex method, mathematical background);
- Skills in LP Modelling software;
- Fluent English language skills;
- Microsoft Office knowledge; (most importantly Excel and Power Point)
- Basic coding knowledge.
Application Instruction:
Kindly submit your CV and indicate the position you are applying for in the Subject line. All applications for the advertised post will be assessed and given equal opportunities.
Application closing date: 17.12.2023
fed.az