Azərbaycanda gəmiçilərin orta aylıq maaşı 2200 manata çatıb

1437

Bu ilin yanvar-sentyabr aylarında gəmiçilərin orta aylıq əmək haqqı 2 184,8 manata çatıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 899,7 manat idi.

Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə su nəqliyyatında çalışanların sayı 6 min 620 nəfərdən çox olub. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 1 % artıb. 2022-ci ilin 1 oktyabrında 6 min 555 nəfər gəmiçi vardı.