Danimarka sahillərində yüzlərlə insan qasırğa nəticəsində zədələnmiş laynerdə qalıb

148

Danimarka sahillərində qasırğa nəticəsində Norveçə məxsus zədələnmiş “MS Maud” kruiz laynerində 400 nəfər qalıb.

“Gəmidən həyəcan siqnalı daxil olub. Laynerin nəhəng dalğa ilə toqquşmasından sonra bizə elektrik enerjisinin kəsilməsi barədə məlumat verilib”, – deyə laynerin məxsus olduğu “Hurtigruten” şirkətindən bildirilib.

Hazırda gəmidə 266 sərnişin və 131 ekipaj üzvü var.

“Marine Traffic” xəritəsində onların laynerə yaxınlaşan iki gəmi tərəfindən evakuasiya edildiyi görünür.

Mənbə: ren.tv