Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) pilotsuz uçuş aparatının (PUA) Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“UKMTO-ya PUA-nın gəmiyə zərbə endirməsi barədə məlumat daxil olub, nəticədə partlayış və yanğın baş verib. Hadisə Hindistanın Veraval şəhərindən 200 dəniz mili cənub-qərbdə baş verib. Yanğın söndürülüb, itki yoxdur. Araşdırmalar aparılır”, – məlumatda bildirilib.