“MOL”  beş yeni iki yanacaqlı “Capesize” tipli quru yük gəmisi inşa etmək qərarına gəlib

156

“Mitsui O.S.K. Lines” (“MOL”) şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) və  mazutla  işləyə bilən əlavə beş yeni iki yanacaqlı “Capesize” tipli quru yük gəmisi inşa etmək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, bu barədə “MOL”-un mətbuat xidməti məlumat yayıb. 

Detveyti 209 min ton olan iki gəmi “Nihon” gəmiqayırma zavoduna sifariş olunacaq və Yaponiyanın “Imabari Shipbuilding” tərsanəsində inşa ediləcək.

Çinin “CSSC Qingdao Beihai Shipbuilding” gəmiqayırma zavodunda hər birinin dedveyti 210 min ton olan daha üç balker tikiləcək.  Gəmilər 2026-2027-ci illərdə istismara veriləcək.

Qrup 2050-ci ilə qədər istixana qazı emissiyalarını sıfra endirməyi qarşısına məqsəd qoyub. Buna nail olmaq üçün 2030-cu ilə qədər şirkətin donanması LNG və metanolla işləyən 90 gəmidən ibarət olmalıdır. Bu beş gəmi ilə “MOL” donanmasında LNG ilə işləyən “Capesize” balkerlərinin sayını 13-ə çatdıracaq. 

“Tokyo Mitsui O.S.K. Lines” (“MOL”, Yaponiya) bütün dünyada layner və logistika xidmətlərinin ən böyük və çoxşaxəli şəbəkələrindən birini idarə edən multimodal nəqliyyat qrupudur. Hazırda qrupun donanmasına ümumi dedveyti 54,7 milyon ton olan müxtəlif təyinatlı 800-ə yaxın gəmi daxildir.