Yeni marşrut Qırmızı dənizdən yan keçməklə Körfəz ölkələrini Avropa və Şimali Amerika ilə birləşdirəcək

246

Misir, İordaniya və İraqın Nəqliyyat Nazirlikləri “Arab Bridge Maritime” adlı ortaq şirkət çərçivəsində ərəb ölkələri arasında multimodal nəqliyyat marşrutu yaratmaq üzərində işləyirlər. Marşrut Körfəz ölkələrini Aralıq dənizi limanları vasitəsilə Avropa və Şimali Amerika ilə birləşdirəcək ki, bu da Qırmızı dəniz vasitəsilə dəniz marşrutlarından istifadə etmədən tranzit imkanı yaradacaq.

Bu barədə Rusiyanın Misirdəki ticarət missiyasının “Telegram” kanalı xəbər verir.

Marşrutun Misir hissəsi Əkəbə – Nuveyba dəniz əlaqəsi və Nuveyba – Taba – Ariş – Port Səid quru dəmir yolu əlaqəsindən ibarət olacaq.

“PortNews” xəbər verir ki, daha əvvəl bir sıra nəhəng gəmiçilik şirkətləri ticarət gəmilərinə hücumlar səbəbindən Qırmızı dənizdən yan keçəcəkllərini açıqlamışdı. Nəticədə, Afrika ətrafında marşrut üzrə daşımaların qiyməti iki dəfəyə qədər arta bilər.

“Seanews.az”