“Navantia” iki hidroqrafik gəmi inşa edəcək

256

İspaniyanın Müdafiə Nazirliyi və “Navantia” şirkəti milli Hərbi Dəniz Donanması üçün iki sahil hidroqrafik gəmisinin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, yeni gəmi 1970-ci illərdə tikilmiş “Antares” hidroqrafını əvəz edəcək. Bu, xidmətdə qalan dörd “Castor” sinifli gəminin sonuncusudur.

Şirkət İspaniya Müdafiə Nazirliyinə hərbi idarənin tələblərinə uyğun konseptual layihəni təqdim edib. Yeni gəmilər bioyanacaqla işləyə biləcək və ən son emissiya standartlarına cavab verəcək.

47 metr uzunluğunda gəminin yükqaldırma qabiliyyəti 900 tona yaxındır. Yüksək dərəcədə avtomatlaşdırma sayəsində 30 nəfərə endirilən heyətlə “BHC” 3000 mil məsafəni qət edə biləcək. Gəminin avtonom üzmə müddəti 15 gündür.