Qırmızı dəniz probleminə görə dünyada – KONTEYNER QIYMƏTLƏRI 173 FAIZ ARTIB

197

Təhlükəsizlik təhdidləri səbəbindən Qırmızı dənizdən dəniz daşımalarının azalması Asiya, Avropa və ABŞ arasında konteyner qiymətlərinin artmasına səbəb olub.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, Qırmızı dəniz təhlükəsi səbəbindən konteyner qiymətləri 173 faiz artıb. 

Yəməndə husi yaraqlılarının Qırmızı dənizdə İsrailə bağlı gəmilərə qarşı hücumları səbəbindən gəmilər daha uzun (məsələn, Afrikanı dolanmaqla keçən) marşrutlara üstünlük verməyə başlayıb. Nəticədə konteyner daşımaları və icarəsi qiymətləri kəskin artıb. 

Belə ki, Asiya, Avropa və ABŞ arasında Qırmızı dənizdən daşımaların istifadəsi azaldıqca konteyner qiymətləri artır. Freightos.com yük və ödəniş platformasının məlumatlarına görə, Asiyadan Şimali Avropaya gedən 40 metrlik yük konteynerinin spot qiyməti 173 faiz artımla 4 min dolları keçib.

Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri də 5 min 175 dollara yüksəlib. Asiyadan Şimali Amerikanın şərq sahillərinə qədər 40 futluq konteynerlərin qiymətləri 55 faiz artaraq 3900 dollara çatıb.

«Freightos» araşdırma meneceri Judah Levine, Asiyadan Avropaya və Aralıq dənizinə daşıma xərclərinin 2019-cu ilin yanvar ayından bu yana iki dəfədən çox artdığını, lakin pandemiya dövründə hələ də zirvələrin altında olduğunu bildirdi.

Bu gün də açıqlanan «Drewry World Container Index» dekabrın 21-dən etibarən ikiqat artıb. 

Süveyş kanalında nəqliyyatın yavaşlaması qlobal konteyner qiymətlərinin artmasında təsirli olub. BVF-nin «PortWatch» platformasına görə, yanvarın 2-də başa çatan 10 gün ərzində Süveyş üzərindən tranzit 28 faiz azalıb.

ABŞ bu gün Yəməndəki husilərin partlayıcı yüklü pilotsuz qayığı Qırmızı dənizdəki beynəlxalq ticarət yollarına göndərdiyini, lakin gəminin heç bir gəmiyə dəymədən partladığını açıqlayıb.