Hazırda Madaqaskar adanın əsas limanı – Toamasinanın irimiqyaslı modernləşdirilməsini həyata keçirir. Tamamlandıqdan sonra limanın böyük gəmiləri qəbul edə biləcəyi və dəniz daşımaları üçün regional mərkəzə çevriləcəyi planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, konteynerlərin daşınması üçün yelkənli gəmilərin 2026-cı ilə qədər Madaqaskarın əsas limanı – Toamasina ilə Fransanın Marseli arasında səfərlərə buraxılması planlaşdırılır.
Ehtimal olunur ki, uzunluğu 89 metr olan yük yelkənli gəmilərinin hər biri 140 konteyner daşımaq üçün nəzərdə tutulub. Onlar ədviyyat, vanil və karides daşıyacaqlar. Səfər müddəti təxminən bir ay olacaq. Layihənin müəllifi “Windcoop” şirkəti Hind okeanında Fransa adası olan Reunion sahillərində prototipi sınaqdan keçirməyə hazırlaşır. İnnovativ gəmilərdən təkcə Hind okeanının ada dövlətlərini Avropa ilə birləşdirən marşrutlarda deyil, həm də onların arasında istifadə olunacaq.