“ASCO Logistics” MMC fəaliyyətinə xitam verilərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduğunu elan edir. “ASCO Logistics” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçir.
FED.az xəbər verir ki, “ASCO Nəqliyyat” MMC “ASCO Logistics” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Həmçinin, “ASCO Mühafizə” MMC fəaliyyətinə xitam verilərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduğunu elan edir. “ASCO Mühafizə” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçir. “ASCO Nəqliyyat” MMC “ASCO Mühafizə” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Şirkət | Yaradılma Tarixi | Nizamnamə kapitalı (manat) | Qanuni təmsilçisi | Hüquqi ünvanı |
“ASCO Logistics” MMC | 04.04.2016 | 1 000 | İlham Məmmədov Qulu oğlu | Az1005, Bakı Şəhəri Səbail Rayonu, Məmmədəmin Rəsulzadə, Ev 5 |
“ASCO Nəqliyyat” MMC-yə (VÖEN: 2005326821) | 23.11.2018 | 6 276 399 | Sabir Hüseynov Həsən oğlu | Az1027, Bakı Şəhəri Xətai Rayonu, Zığ Yolu Şossesi, Ev 2237-Ci Məhəllə |
“ASCO Mühafizə” MMC (VÖEN: 2005327331) | 26.11.2018 | 34 851 | İlham Bəşirov İslam oğlu | Az1027, Bakı Şəhəri Xətai Rayonu, Zığ Yolu Şossesi, Ev 2237-Ci Məhəllə |