Çin tərsanələri koreyalı rəqiblərini qabaqlayırlar

230

Cənubi Koreyanın gəmi inşaatçıları 2023-cü ildə ümumilikdə 10,01 milyon brüt ton (CGT) yeni sifariş aldılar ki, bu da dünya üzrə 41,49 milyon tonluq ümumi sifarişin 24%-ni təşkil edir.

“Seanews.az” xəbər verir ki, Çin tərsanələri 2023-cü ildə Koreyalı rəqiblərini xeyli qabaqladı və 24,46 milyon CGT – dünya üzrə ümumi sifarişin 59%-qədər yeni sifariş aldı.

Əvvəllər Koreya üç il dalbadal yeni gəmiqayırma sifarişləri üzrə dünyada birinci yerdə idi, sonra liderliyini itirdi – 2021-ci ildə Çinə uduzdu.

Digər tərəfdən, Koreya tərsanələri 2023-cü ildə mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri üçün yüksək gəlirli sifarişlər baxımından çinli rəqiblərini xeyli qabaqlayır.

Cənubi Koreya gəmi inşaatçıları 4,41 milyon CGT dəyərində LNG gəmiləri üçün sifarişlər aldı ki, bu da dünya üzrə ümumi 5,54 milyon CGT-nin 80%-ni təşkil edir. Çin tərsanələrinin payına isə qalan 20% və ya 1,13 milyon CGT düşüb.